Bunlar, bərkcisimli və СО2 lazerləridir. Lazer naxışlaması bunları təmin edir:
– çapın çox dayanıqlı olması;
– az sayda da məmulatların üzərinə çapın mümkün olması.
Lazer qravirovkasıı – biznes-hədiyyələrin və promo-məhsulların üzərinə loqotip həkk etməyin ən dayanıqlı növlərindən biridir. Şəkil, əslində, məmulat materialının “yandırması” yolu ilə yaradılır, buna görə də bu cür oyma daha heç bir kənar amilin təsirinə məruz qalmır. Lazer vasitəsilə həkk olunmuş loqotiplər xüsusilə təbii görünür, sanki, məmulatın özü ilə eyni məqamda hazırlanmışdı.
Lakin nəzərə alınmalıdır ki, oymanın rəngini nə seçmək olur, nə də qabaqcadan bilmək. O, məmulat materialının tərkibində olan bəzi maddələrin keyfiyyətindən və kəmiyyətindən asılıdır. Hətta bir tirajın ayrı-ayrı nüsxələri də bir-birindən müəyyən qədər fərqlənə bilər. Kiçik tirajla lazer naxışlamasını işləmək imkanı Lazer nişanlaması işlərində ayrıca yardımçı, yəni keçid mərhələsi yoxdur deyə, brend nişanı vurmağın bu növü daha operativ başa gəlir.
Lazer nişanlamasının maksimum çap ölçüsü: 10×20 sm, Lazer naxışlamasının maksimum çap ölçüsü: 40×60 sm.