Sublimasiya çapı

Sublimasiya çapı – tamrəngli şəkillərin mərhələli vurulmasından ibarət bir çap üsuludur. Bu üsul vasitəsilə keramika, şüşə, metal və plastik məmulatların üzərinə öncədən xüsusi polimer məhlulu çəkilir, sonra isə loqotip çap olunur.

 

Tamrəngli şəkillər!
Sublimasiya üsulu tamrəngli fotoşəkil keyfiyyətində (CMYK rəng modeli, sıxlığı ən azından 300 dpi) təsvirlər çap etməyə imkan verir. Nəzərə alınmalıdır ki, Pantone nömrələri ilə göstərilən rəngləri sublimasiya çapında tam dəqiqliklə almaq mümkün deyil.
Sublimasiya zamanı boyalar məmulatın üst qatına hopdurulur, buna görə də nəticədə alınan şəklin rəngləri çox dayanıqlı olur. Təkcə ona diqqət yetirmək lazımdır ki, həmin məmulat uzun müddət (fasiləsiz 2-3 ay ərzində) günün qabağında qalmasın. Günəş şüalarının uzunmüddətli təsiri rəsmin solmasına gətirib-çıxara