Tikmə loqotiplər parça üzərində xüsusilə zərif görünür. Bir çox məşhur geyim istehsalçısı öz məhsuluna brend nişanını vurmaq üçün məhz tikmə üsulundan istifadə edir. Tikmələrdə müxtəlif rəngli tikiş saplarından istifadə olunur; Pantone nömrəsi ilə göstərilən rəngə maksimum yaxın sap seçmək mümkündür.
İstəyinizə görə, loqotip təsvirini məmulatın özündə yox, şevron üzərində tikmək olar. Tikmə məhsullarının uzunömürlü olduğuna görə, onlar işçi heyətinin geyimi və promo-geyim üçün əla yarayır. Geyimin hər gün işlənib yuyulması onun üzərində tikmələrin olmasına zidd gəlmir. Tikmələr sürtüldükcə yeyilmir, qatlandıqca çatlamır, futbolkanın və ya polonun daha uzun müddət ərzində korlanmayacağına xidmət edir.
Loqotip təsvirli kompüter tikməsinin maksimum ölçüsü: 36 sm diametrində dairəvi və ya 30х45 sm ölçüsündə dördbucaq.
Şevron üzərində tikmələrdə yazıların hündürlüyü minimum 4 mm, beysbol papağı və futbolkalar üzərində isə minimum 5 mm olmalıdır.
1 tikmədə 15-ə qədər rəng istifadə oluna bilər.