Transfer çapı

mayki.az xüsusi tekstil plyonkaları vasitəsi ilə də loqotip və müxtəlif naxışları parça məmulatlarının üzərinə köçürür. 

Parça plyonkaları ilə çap ən adi futbolkanı, başlıqlı cemperi və ya gödəkcəni unikal geyimə çevirib, onu ümumi fonda xeyli seçilən edir.

Fleks ilə çap ən müxtəlif vizual effektlərə nail olmağa imkan verir:

“metalik”, “qızılı”, “gümüşü” plyonkalar; işıqlandırma və ətraf mühit amillərindən asılı olaraq rəngini dəyişən plyonkalar; holoqram və işıqqaytaran plyonkalar; bəbir və ilan dərilərinə, cins geyim parçalarına və digər fakturalara oxşadılmış plyonkalar olur.

   

Üstünlükləri:

– Loqotip və sair şəkilləri fleks vasitəsilə məmulatın ən müxtəlif sahələrinə çap etmək imkanı.

– Rənglər palitrasının zənginliyi və plyonkaların alman keyfiyyəti.

Termo-plyonka çapı vasitəsilə şəkli elə sahələrə oturtmaq olar ki, ipək basqısı yolu ilə bunu etmək qeyri-mümkündür – məsələn, geyimin qollarına, yaxasına, sinəsindən kürəyinə keçən qisminə. Fleksın bu üstünlükləri reklam şüarını maraqlı edən fantaziya naxışlarını yaratmaq üçün böyük imkanlar açır. Üzərinə bu üsulla şəkil vurulmuş futbolka isə müştərinin sevimli geyiminə çevrilir.   

Sizə bunları təklif edə bilərik:

– Rənglər palitrasının zənginliyi və plyonkaların alman keyfiyyəti.

– Metalik effektinə malik plyonkalar əsl metal görüntüsü yaradırlar.

– Bizim istehsalatda termo-keçidin keyfiyyətini təmin edən alman materialları istifadə olunur. Məmulatın yuyulub-ütülənməsi qaydalarına riayət edilərsə, fleks-plyonka, bəlli stereotiplərə zidd olaraq, dayanıqlı çap keyfiyyətini nümayiş etdirməyə qadirdir.