Əsas fəaliyyətimiz – istənilən təsvirlərin futbolka, tekstil (parça məmulatları) və foto-suvenirlərin üzərinə çap olunmasından, həmçinin hazır dizaynlı suvenirlərin satışından ibarətdir.
Qeyd olunsun ki, bu sahəyə aid məhsul və xidmətlər əsl mənada yüksək keyfiyyətə malikdir! Fərdi sifarişlər qısa müddət ərzində (36 saata qədər) hazırlanıb təhvil verilir. Xüsusi kuryer xidmətimiz sifarişlərin müştərilərə pulsuz çatdırılmasını da mümkün etmişdir.
Məhsullarımız, həmçinin, bəzi internet mağazaları tərəfindən, eləcə də ayrı-ayrı rəssam və dizaynerlər tərəfindən satılır. Onlar, özlərinin düşündüyü təsvir və dizaynların bizim avadanlıqda və öz istehsalımız olan parçalarda çap olunması ilə bağlı təkliflər irəli sürürlər.
2014-cü ildə biz sərmayə yatıraraq, tekstil parça üzərinə çap sahəsində dünyanın ən qabaqcıl texnikası olan Amerika avadanlığını əldə etdik.
Bakı ərazisində yerləşən müştərilər üçün mayki.az gələn ildən etibarən sifarişlərin elə qəbul olunduğu gün hazırlanıb ünvana çatdırılmasına nail olmaq niyyətindədir. Bu, daha səmərəli avadanlıq və proqram təminatının tətbiqi sayəsində mümkün olmalıdır.
Müntəzəm surətdə əməkdaşlıq etdiyimiz tərəf-müqabillərimizə təşəkkürümüzü bildirməklə yanaşı, bütün rəssam, dizayner və başqa yeni müştərilərlə də yaradıcı işbirliyi qurmağa böyük məmnuniyyətlə hazır olduğumuzu bəyan edirik. Agentliyimizin imkanları ən müxtəlif sahələrdə çalışan peşəkarları, eləcə də fərdi sifarişçiləri maraqlandıra bilər! Bütün məhsullarımızın MADE IN AZERBAIJAN markasını daşımasından qürur duyuruq.
mayki.az bütün məhsullarını layiqli və yaraşıqlı tərzdə qablaşdırılmış halda müştərilərə təhvil verir, odur ki, əzizlərinizə bizim məsulu təqdim etməniz sizə xəcalət yox, ən xoş anlar yaşadacaq!