Tekstil yuyulma qaydaları

DTG Print futbolkaların yuyulub ütülənməsi:

– Üzərinə şəklin çap olunmasından ən azı 24 saat keçdikdən sonra həmin məmulatı ilk dəfə yumaq olar;

– Məmulatı yalnız temperaturu 30*С dərəcədən çox olmayan suda yumaq olar;

– Hər yumadan öncə məmulatı tərs üzünə çevirin;

– Ağardıcı və digər ciddi xassəli kimyəvi vasitələrdən istifadə etməyin;

– İSLATMA üsulunu tətbiq etmək olmaz!!!!

– Yuyulmuş məmulatı qurutmaqdan öncə bərk sıxmaq məsləhət deyil;

– Ancaq astar tərəfindən ütüləmək olar.

Üzərində yazılar çap olunmuş futbolkaların yuyulub ütülənməsi:

– Paltaryuyan maşında, temperaturu 40*С dərəcədən artıq olmayan suda yumaq olar. Yumadan əvvəl məmulatı mütləq astar tərəfinə çevirmək lazımdır

– Ancaq astar tərəfindən ütüləmək olar;

– Qızıl və gümüş boyalarla yazısı olan məmulatları böyük ehtiyatla, əl ilə yumaq məsləhətdir.

– İpək torla çap olunmuş (yüksək keyfiyyətli plastizol boyaları ilə) yazısı olan məmulatlara dair qaydalar:

– Yumadan əvvəl məmulatı mütləq astar tərəfinə çevirin;

– Ancaq astar tərəfindən ütüləyin, çünki foto-şəklə isti ütü vurmaq qətiyyən olmaz;

Tikməli futbolkaların yuyulub ütülənməsi:

– Yalnız böyük ehtiyatla, əl ilə yumaq lazımdır;

– Yuyulmuş məmulatı qurutmaqdan öncə bərk sıxmaq məsləhət deyil;

– İSLATMA üsulundan istifadə etməyin;

– Neytral bir yuyucu maddənin (hər hansı şampun, gel və ya trikotaj üçün yuyucu tozun) öncədən həll olunduğu suda yumaq məsləhətdir;

– Suyun temperaturu gərək 40oС dərəcədən yüksək olmasın;

– Tikmə yerlərinə ütü çəkmək və buxardan istifadə etmək məsləhət deyil.

Strazlı futbolkaların yuyulub ütülənməsi:

– Paltaryuyan maşında, temperaturu 40*С dərəcədən yüksək olmayan suda yumaq lazımdır. Yumadan əvvəl məmulatı mütləq astar tərəfinə çevirmək lazımdır

– Ancaq astar tərəfindən ütüləmək olar